KÖNDƏLƏN ÇATLAR

layların və süxurların başqa tekstur elementlərinin uzanma istiqamətinə perpendikulyar yönəlmiş çatlar. поперечные трещины transverse joints
KÖHNƏ DƏRƏ
KÖNDƏLƏN DƏRƏ
OBASTAN VİKİ
Çatlar
Çatlar — süxurlarda, demək olar ki, cüzi və ya da heç bir yerdəyişmə yaratmayan qırılmalar. Çatlar mənşəyinə görə tektonik (tektoklazlar) və qeyri-tektonik olurlar. Daha çox yayılmış birincilər bu və ya digər dərəcədə düzgün həndəsi şəbəkə əmələ gətirən sistemlərdə birləşir və inkişafda olan strukturların daxilində baş verən deformasiyalarla sıx əlaqədə olurlar. Qeyri-tektonik çatlar (ilkin) poliqonal şəbəkələrlə, dəyişkən istiqamətli olması, tez-tez pazlaşması və yerləşdiyi süxurların materialının dolması ilə səciyyələnirlər. Bunların əmələ gəlməsi, əsasən, gec diagenez və epigenez prosesləri ilə bağlıdır. Yer üzərinə çıxan süxurlarda, dağ-mədən qazımalarında, kernlərdə adi gözlə müşahidə edilən çatlar makroçat adlanır. Morfoloji əlamətlərinə görə (uzunluğu və təbəqələşmə ilə qarşılıqlı əlaqəsinə görə) tektonik çatlar birinci və ikinci tərtibli çatlara bölünür. Birinci tərtibli çatlar müxtəlif litoloji tərkibli təbəqələr qrupunu kəsir, İkinci isə, adətən, eyni litoloji tərkibli bir və ya bir neçə təbəqə ilə məhdudlaşır (Smexov və b., 1962). Əlamətlərə görə müxtəlif təsnifatı təklif edilmişdir. Billinqs (1949) çatların genetik və həndəsi təsnifatını verib: 1) dartılma, qopma (qəlpələnmə), genişlənmə, çıxardılma; 2) uyğun çat, normal kəsən çat, təbəqələşməboyu çat.
Köndələn
Köndələn — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. Kənd Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı "eninə istiqamətdə olan, əyri, tərs" mənasında olub, yerləşdiyi çökəkliyin adı ilə bağlıdır. Azərbaycan ərazisində köndələn komponenti geniş areala malikdir: Köndələnarx (Goyçay rayonu), Köndələn əkin yeri (Qəbələ rayonu), Köndələnyer (Oğuz, Füzüli rayonları), Köndələnyol (Qax rayonu), Köndələnçöl (Zaqatala rayonu) və s.. Kəndin əhalisi 844 nəfər təşkil edir ki, onun da 431 nəfəri kişi, 413 nəfəri isə qadındır. .
Köndələn bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Köndələn dyunlar
Köndələn dyunlar (rus. поперечные дюны, ing. transverse dunes) — eninə profili asimmetrik, hakim küləklərin istiqamətinə perpendikulyar uzanan, səhradan kənar dyun tirələri. Əksər hallarda bu dəniz sahili cavan dyunlardır. K.d. qurunun dərinliklərinə doğru irəlilədikcə və inkişaf etdikcə, həmçinin qədim qumlu zandr düzənlik vilayətlərdə uzu-nuna və parabolik formalara keçir.
Köndələn dərə
Köndələn dərə (rus. поперечная долина, ing. transverse valley) — qırışıq srukturaların uzanma istiqamətini düz və əyri bucaq altında kəsən, çay dərəsi. Eroziyaya qarşı davamlı süxurların növbələşdiyi sahələrdə köndələn dərələr bərk süxurlarda daralır, boş süxurlarda genişlənir. K. d. uzununa profili adətən pilləli olur. K. d. su anbarları və su elektrik stansiyalarının tikilməsi üçün əlverişlidir.
Köndələn çalovabənzər əzələ
Köndələn çalovabənzər əzələ (lat. musculus arytenoideus transversus) — qırtlaq əzələsi.
Evləri köndələn yar
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Evləri köndələn yar (film, 1982)